1) Ayətullahəl-üzma Seyid Sadiq Huseyni Şirazinin tərcümeyi halı
2) Böyük bir nəsilin yadigarı
3) Müəllimləri

4) İctimai fəaliyyəti
5) Pedaqoji fəaliyyətləri
6) Əxlaqi keyfiyyətləri
7) Elmi əsərləri
8) İdoloji məsələlərlə bağlı əsərləri
9) Mədəni-maarif mövzuları ilə bağlı əsərləri
10) Görkəmli şəxsiyyətlər haqqında Qələmə aldığı əsərlər

11) Həzrət Ayətullah əl-üzma Seyid Sadiq Huseyni Şiraziyə Mərhum həzrət Ayətullah əl-üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi tərəfindən verilən təqlid məsələlərində Müctehidlik etmə icazəsi.

12) İmdada yetən yalnız Allahdır! Məhəmməd Şirazi Həzrət  Ayətullah əl-Üzma Hacı Seyid Sadiq Huseyni Şirazinin şəri məsələlərin təqlidində mərhum qardaşı Həzrət Ayətullah əl-Üzma Hacı Seyid Məhəmməd Huseyni Şiraziyə verdiyi icazə.

 

Ayətullahəl-üzma
Seyid Sadiq Huseyni Şirazinin tərcümeyi halı

Ayətullahəl- üzma Seyid Sadiq Şirazi hicri 1360-cı ildə, zilhiccə ayının 20-də, Kərbəla Şəhərində dünyaya göz açmışdır. O, dini təhsilini ilahiyyat elm mərkəzlərində görkəmli Alim və müçtehidlərdən dərs alaraq içtihad dərəcəsinə nail olmuşdur.İslam alimləri onu fiqh,usul,əqli və nəqli ənənəvi elimlərə tam yiyələndiyini görüb onun pərhizkar,zahid vaəxlaqlı fəzilətlərini etiraf etmişlər.O,dindar bir ailədə,Mücəddəd Şirazinin evində boya-başa çatmiş,pərhizkarlıqla islam elmlərində yüksək içtihad dərəcəsinə yiyələnmişdir. O,daim müctehid və alimlərlə səmimi münasibət qurmuş,onlara bir çox elmi məsələlərvə dünya şiələrinin vəziyyətləri ilə baqlı müzakirələr aparması ilə şöhrət qazanmışdır. Onun xüsusiyyətlərindən biridə cəmiyyətin bütün təbəqələrini nəzərə alaraq, müxtəlif kitablar yazmasıdır (Bu haqda sonra ətraflı söhbət açacğıq).Bundan başqa o,elm adamlarıüçün elmi sübutlara əsaslanan aydın uslubda fiqh və üsul dərslikləri yazmışdır. İyirmi ildən artıqdır ki, onun tədris etdiyi ali usul və fiqh dərslərində görkəmli elm sahibləri iştirak edirlər.Hal- hazırda Qum və Suriyya şəhərlərində yerləşən elm mərkəzlərində tədris edən müəllimlər və dünyanin bir çox ölkələrində dini təbliğatla məşğul olan alimlərin bəzisi onun şagirdləridirlər.

 

Böyük bir nəsilin yadigarı

Ayətullahəl-üzma Seyid Sadiq Huseyni Şirazi Zeyd ibn Əli ibn Huseyn ibn Əli     Əmirəl-momininin(ə) övladlarındandır.O son 150-il müddətində içtihad və fəqihlikdə şöhrət qazanmışbir ailədə böyüyüb boya-başa çatmışdir.Burada həmin nəslin bir neçə görkəmli nümayəndəsi haqqında məlumat veririk.

1-İranda ĞTənbəkiğ hərəkatına başçılıq edən Mücəddəd Şirazi adı ilə tanınmış,şiə aləminin mərcəi-təqlidi Ayətullah-əlüzma Hacı Seyid Məhəmməd Həsən Şirazi.O,hicri qəməri tarixi ilə 1312-ci ildə vəfat etmişdir.

2-İraqda miladi 1920-ci ildə  baş verən inqilabın rəhbəri sayilan Ayətullah-əlüzma Mirza Məhəmməd Təqi Şirazi.O,hicri tarixi ilə 1338-ci ildə vəfat etmişdir.

3-Nəcəfdə şiələrin Müctehidi olan Mücəddəd Şirazinin oğlu, şiə aləminə mərcəi-təqlid Ayətullah -əlüzma Hacı Seyid Əli Sirazi.O, hicri tarixi ilə 1355-ci ildə vəfat etmişdir.

4-Ayətullah-əlüzma Seyid İsmayıl Şirazi hicri tarixi ilə 1305-ci ildə vəfat etmişdir.

5-Şiə aləminin müctehidi həzrət Ayətullah-əlüzma Seyid Əbdul-Hadi Şirazi.O,hicri tarixi ilə 1382-ci ildə Səfər ayının 11-də vəfat etmişdir.

 6-Həzrət Ayətullahəl-üzma Seyid Mirza Şirazi. Hicri tarixi ilə 1380-cı ildə Şəban ayının 28-də vəfat etmişdir.

7-Həzrət Ayətullahəl-üzma Seyid Sadiq Huseyni Şirazinin qardaşı həzrət Ayətullah-əlüzma Seyid Məhəmməd huseyni Şirazi.O,1422-ci ildə Şəvval ayının 2-də vəfat etmişdir.

8-Həzrət Zeynəb (ə)-ın məqbərəsi yaxınlığında təhsil müəssisəsi təsis və inşa edəni şəhid Ayətullahəl-üzma Seyid Həsən Şirazi.O,hicri tarixi ilə 1400-cü ildə Beyrutda, İraq Bəs partiyası tərəfindən terror olunmuşdur.

 

Müəllimləri

Ayətullahəl-üzma Seyid Sadiq Huseyni Şirazi 1360-cı ildə zilhiccə ayının 20-də Kərbəlada dünyaya gəlmiş təhsilinin müxtəlif mərhələlərini dini mədrəsələrdə savadlı alim və müctehidlərdən dərs alaraq ictihad dərəcəsinə çatmışdır.

Onun Müəllimləri ilə tanış olaq:

1-Atası mərhum həzrət Ayətullah-əlüzma Mirza Məhdi Huseyni Şirazi.

2-Qardaşı mərhum həzrəti Ayətullah-əlüzma hacı Seyid Məhəmməd Huseyni Şirazi.

3-Mərhum Ayətullahəl-üzma Seyid Hadi Milani.

4-Mərhum Ayətullahəl-üzma Şeyx Məhəmməd Rza İsfahani.

5-Mərhum Ayətullahəl-üzma Şeyx Məhəmməd Şahrudi.

6-Mərhum Ayətullahəl-üzma Hacı Şeyx  Məhəmməd Sidqi Mazandarani.

7-Mərhum Ayətullahəl-üzma Hacı Şeyx Cəfər Rəşti.

8-Mərhum Ayətullahəl-üzma Seyid Kazım Müdərrisi və Kərbəla, Nəcəf  Şəhərlərində dini elmi mədrəsələrdə olan başqa ustatlar.

 

İctimai fəaliyyəti

Onun diqqətə layiq xüsusiyyətlərindən biridə xeyriyyəçilik, mədəni və dini təşkilatların təsis edilməsinə bilavasitə təşəbbüs göstərməsidr.Bila vasitə onun təşəbbüsü ilə dini heyətlər, məscidlər, huseyniyyələr, kitabxanalar, mədrəsələr,nəşriyyatlar və xastəxanalar hal-hazırda fəaliyyət göstərir.

 

Pedaqoji fəaliyyətləri

Öz yüksək elm və gözəl əxlaqı ilə taninan bu şəxsiyyət tələbə və alimlərin əxlaqi və elmi inkişaflarına xüsusi diqqət yetirir.Onun Kuveyt və İranda tədris etdiyi əxlaq dərsləri islam əxlaqına əhəmiyyət verənlər arasında şöhrət qazanmış və onun əxlaq dərslərindən çoxlu sayda tələbələr faydalanmışlar.Qeyd etmək lazımdlr ki,onun əxlaq dərsləri dəfələrlə kitab şəkilində çap olunmuşdur.

 

 

Əxlaqi keyfiyyətləri

Onun elmi şəxsiyyətinə zinət verən nümunəvi rəftarı və islam əxlaqı olmuşdur.Onunla Münasibətdə olan hər bir şəxsi ilk növbədə insani fəzilətləri və gözəl əxlaqı ilə özünə cəlb edir.Dünya malından uzaqlaşması Allaha təvvəkül etməsi, insanlara təvazokarcasına davranması, böyük-kiçiyə hörmət göstərməsi, əhli-beyt (ə)-ın yolunu davam etdirməsində qarşıya çıxan cətinliklərdə səbirli olması və Allah yolunda dostluq edib camaatla mehriban olması onun heç bir zaman nəzərdən yayındırmadığı məqsədlərindən biridir.

 

Elmi əsərləri

Gənc yaşlarından kitab yazmağa başlamışdır.Hal –hazırda çoxlu sayda elmi əsərləri mövcuddur.Onun əsərləri islamın müxtəlif elmləri fiqh, üsul, əqaid, tarix və mədəni-maarif mövzusuları ilə bağlıdır.

Sözügedən kitabların bir necəsinə nəzər salaq:

1.Ürvətul-vüsqanın izahı

Bir neçə cildidən ibarət olan bu kitabın birinci cildi iki yüz səhifədən ibarətdir,İçtihad və təqlidlə bağlı iyirmi iki məsələ haqqında söhbət açır.Bu kitabı müqəddəs Kərbəla şəhərində qələmə almış, Livanda çap olunmuşdur. Sonralar müəllifin yeni fikir və mülahizələri əlavə olunaraq min səhifədən ibarət çap olunmuşdur.

2.Bəyanul-ysul

On cilddən ibarət olan du kitab ysul elmi ilə bağlı bir çox elmi məsələlərə aydınlıq gətirmişdir.Müqəddəs Qum şəhərində qələmə alınmış və dəfələrlə çap olunmuşdur.Son dəfə hicri 1424-ci ildə yenidən çap olmuşdur.

3.Səraiul-İslam kitabının izahı

Dörd cildidən ibarət olan Mühəqqiq Hillinin qələmə aldığı Səraiul-İslam kitabı fiqhin müxtəlif mövzularını, o cümlədən ibadət, tiçarət nikah və təlaq və s.mövzuları əhatə edir.Sözü gedən kitaba günümüzədək minlərlə izahlar yazılmışdır.Kitab müqəddəs Kərbəla şəhərində qələmə alınmış və dini təhsil müəssisələrində, univeristetlərdə dərs vəsaiti kimi qəbul olunmuşdur.

4.Təbsirətül- Mütəəllimin kitabının izahı

Mərhum Əllamə Hillinin qələmə aldığı Təbsirətül-Mütəəllimin fi əhkamid-din kitabı fiqhin Təharət və diyə (qan bahası) fəslinə qədər iki cildidə şərh olunmuşdur. 460 səhifədən ibarət olan kitabın ilk cildini 1382-ci ildə Kərbəlada qələmə almış və oradada çap olunmuşdur. 534 səhifəli ikinci cildi isə həmin ildə Nəcəf -Əşrəfdə nəşr olmuş, bu günə qədər bir neçə dəfə cap olunmuşdur.

5.Syuti kitadının şərhi

İki cildidən ibarət olan bu əsər Cəlaləddin Syutinin qələmə aldığı əl Bəhcətul-mərziyyə fi şərhil-əlfiyyə kitabının şərhidir.Hicri tarixi ilə 1386-cı ildə Şəban ayının 15-də Kərbəla şəhərində qələmə alınan bu kitab tədris müəssələrində dəyərli elmi əsərlərdən biri kimi qəbul olunur.Kitabın birinci cildi 454,ikinci cildi isə 444 səhifədən ibarətdir.Elmi dairələr tərəfindən maraqlı qarşılandığı nəzərə alınaraq bir neçə dəfə yenidən cap olunmuşdur.

6.Elmi dairələrdə başlıca dərs vəsaiti kimi qəbul edilən Mərhum Şəhid Saninin qələmə aldığı Şərhu-lümətid-dəməşqiyyə kitabının şərhi 10-cildidən ibarət olan bu əsər tezliklə nəşr olunacaq.

7.Möcəz dər Məntiq

Tədris müəssisələrində ibtidai məntiq fənni üçün aydın uslubda qələmə alınmış, bəzi tədris müəssisələrində dərs vəsaiti kimi istifadə olunmuşdur. Məlum kitab hicri tarixi ilə 1384-cü ildə Məhərrəm ayının 2-də Kərbəla şəhərində qələmə alınmışdır.

 

İdoloji məsələlərlə bağlı əsərləri

Burada Mərcəi-təqlidin,Əhli-beyt (ə) məzhəbini müdafiə etmək məqsədi ilə qələmə aldığı mühüm əsərləri haqqında məlumat veririk.

1.Əli (ə) Quranda

İki cildidən ibarət olan bu kitab Qurani Kərimdə (Həmd surəsindən ixlas surəsiə qədəq) 711 ayənin həzrət Əmirəl-möminin Əli ibn Əbitalib (ə)-ın əzəmət və fəziləti ilə bağlı olduğunu izah edir.Görkəmli alim bütün bu fəzilətlərin hamısını Əhli-sünnə təriqətinin özləri tərəfindən qəbul edilən qaynaqlardan nəql edir. Kərbəlada qələmə alınan bu kitabın birinci cildi 404, ikinci cildi isə 582 səhifədən ibarətdir. Kitab son dəfə Livanda Darul-Ulum nəşriyyatı tərəfindən nəşr edilmişdir.

2.Fatimə əz -Zəhra (ə) Quranda

1408-ci ildə rəcəb ayinin 17-də müqəddəs Qum şəhərində qələmə alınan bu kitabda həzrət Fatimə əz -Zəhra (ə)-ın haqqında nazil olan ayələrin izahı, bunu isbatlayan hadisələrin Əhli-sünnə məzhəbinin qəbul etdiyi variantları oxucuların diqqətinə çatdırılır.360-səhifədən ibarət olan bu kitab dəfələrlə cap olunmuşdur.

3.Əhli-beyt (ə) Qüranda

Kuveytdə qələmə alınan və  407 səhifədən ibarət olan bu kitabda Əhli-beyt (ə)-ın fəzilətlərini açiqlayan Fatihə surəsindən Kovsər surəsinə qədər olan onlarla ayələr haqqında söhbət acılır.Kitabda əsasən Əhli-sünnə qaynaqlarından istifadə olunur.

4.Şiə Quranda

Kitabda həzrət Əli ibn Əbu Talib (ə)-ın şiələri barəsində nazil olan ayələrin geniş izahı verilir.Müəllif əsər boyunca sözü gedən ayələrin nazil olma səbəblərini açıqlayan hadisələri qeyd edərkən Əhli-sünnə qaynaqlarından geniş istifadə edir.

5.Həzrət Məhdi (ə) Əhli-sünnə qaynaqlarında

Əsasən Əhli-sünnə kitablarına əsaslanan bu əsər müqəddəs Kərbəla şəhərində qələmə alınmış və 126 səhifədən ibarətdir. Kitab Peyğəmbərin (s) həzrət İmam Zaman (ə)-la bağlı buyurduğu çoxlu saylı rəvayətləri əhatə edir.Günümüzdən dəfələrlə cap olunan kitabın çapı  hicri tarixi ilə 1400-cü ildə Livanda əl Vəfa nəşriyatının təşəbbüsü ilə həyata keçmişdir.

6.Həqaiqun əniş-Şiə

80 səhifədən ibarət olan bi kitad Kərbəlada qələmə alınmış və dəfələrlə nəşr olunmuşdur. Burada əsasən əqidə məsələləri ilə bağlı məsələləri isbat olunmuş, dinin düşmənləri tərəfindən önə çəkilən bir çox iradların yanlışlığı üzə çıxarılmış və hamısına aydın və tutarlı cavablar verilmişdir.

 

 

Mədəni-maarif mövzuları ilə bağlı əsərləri

Alimin islam ümmətinin təmin-tərbiyə problemləri ilə bağlı qələmə aldığı əsərlərə nəzər salaq:

1-İslam şəriətində “Qiyas„

Kitab Kərbəla şəhərində qələmə alınmışdır. İslam dinində böyük əhəmiyyət kəsb edən “Qiyas„(dini hökümlərin tətbiqi müqayisəsi) və onunla bağlı məsələlər haqqında oxuculara geniş məlumat verilir.

2-Camaat namazının savabı

Kitab Kuveytdə qələmə alınmış və camaat namazının fəziləti, onun hökümləri və fəlsəfəsini araşdıran hədislər haqqında geniş açıqlamalar verir.

3-Oruc

Kitab Kərbəla şəhərində qələmə alınmış və Nəcəf  şəhərində çap edilmişdir. Burada orucun fəlsəfə və hökümləri hamının başa düşəcəyi şəkildə izah edilir.

4-Həcc

5-İslam iqtisadiyyatına giriş

Kitab Kuveytdə çap olunmuşdur.

6-İqtisad və Ribanın mənfi yönləri

Kuveytdə çap olunan bu kitab Ribanın dünya iqtisadiyyatına vurduğu zərbə və bu prablemin həlli yolları haqqında söhbət  açılır.

7-İslamda siyasət

414 səhifədən ibarət Kərbəla şəhərində qələmə alınmış bu əsər son olaraq “Darur-ulum„nəşriyyatı tərəfindən cap olunmuşdur.Burada İslamın siyasətə baxışı həmçinin həzrət Rəsulu-əkrəm (s), həzrət Əmirəl mominin (ə) və məsum imamların (ə) siyasəti görüşləri geniş izah edilmişdir.

8-Spirtli içkilər və cəmiyyət

Kitabda spirtli içkilərin cəmiyyətə vurduğu ziyanlar izah edilir.Kitab Kərbəla şəhərində qələmə alınmış dəfələrlə Nəcəf və Qum şəhərində nəşr edilmişdir.

9-Hicabsızlığın mənfi təsirləri

Kitab Kərbəla şəhərində qələmə alınmışdır.Burada hecabın zəruriliyi və həmçinin hecabsızlığ nəticəsində qarşıya çıxan fəsad və pronlemlər haqqında söhvət açılır.

10-İbrətamiz hekayətlər

İbrətamiz hekayətlər toplusu olan bu kitab Kərbəla şəhərində qələmə alınmış,hicri tarixi ilə 1378-ci ildə Nəcəf şəhərində nəşr edilmişdir.

11-İslamda cəza tədbirləri

Burada İslamda mövcud olan cəza tədbirlərinin fəlsəfəsi,hökümləri və lazımı şərtləri haqqında danışılır.Kitab Kərbəla şəhərində qələmə alınmış Beyrut şəhərində çap olunmuşdur.

12-İslam bangçılığına gedən yol

104 səhifədən ibarət olan bu kitab 1392-ci ildə Kərbəla şəhərində qələmə alınmış və 1972-ci ildə Livanda çap olunmuşdur. Burada İslamın bangçılıq prinsipləri haqqında ətraflı və həll edici fikirlər irəli sürülür.Bundan başqa “Riba„ problemi və Bangların dünya iqtisadiyyatı qanununun əhatə etdiyi prinsiplər qarşısında hansı movqeyi tutmalı olduğu haqda geniş açıqlama verir.

 

Görkəmli şəxsiyyətlər haqqında
Qələmə aldığı əsərlər

 

 

1.Malik Əjdər Nəxəi

İslamın böyük şəxsiyyətlərindən olan Malik Əjdər Nəxəinin tərcümeyi-halı haqqında danışan bu kitab onun Kərbəla şəhərində qələmə aldığı kitablardan biridir.Hansı ki, hicri tarixi ilə 1397-ci ildə Nəcəf şəhərində “Əl-ğura əl-hədisə„ nəşriyyatında nəşr olunmuşdur.

2.Şəhid əvvəlin qısa tərcümeyi-halı

O,Şeyx Şəmsuddin Əbu Əbdillah Məhəmməd ibn Cəmaləddin Məkki, Şəmsəddin Məhəmməd Mətləbi Dəmeşqi Amuli Cuzeyni Həmadaninin oğludur.Bu kitabı Kərbəla şəhərində qələmə almış sonra isə Həcəf şəhərində çap olunmuşdur.

3.Şəhid- sani

O,Şeyx  Zeynəddin Əli ibn Əhməd əl-Cəbəl Amulidir.Kitab Kərbəla şəhərində qələmə alınmış, Nəcəf şəhərində çap olunmuşdur.

4.Ata

Bu kitab atası Mərhum Ayətullahəl-üzma hacı Seyid Mirzə Məhdi Şirazinin ibrətamiz həyat tərzi haqqlndadır.Mərhumun vəfatının 40 illiyi münasibəti ilə yazmışdır.Diqqətinizə çatdıraq ki, adı çəkilən kitabların bir neçəsi Fars,İngilis,Ordu, Azəri, Hind və digər dillərə tərcümə olunaraq çap olunmuşdur.

 

 

Həzrət Ayətullah əl-üzma Seyid Sadiq Huseyni Şiraziyə Mərhum həzrət Ayətullah əl-üzma Hacı Seyid Məhəmməd Huseyni Şirazi tərəfindən verilən təqlid məsələlərində Müctehidlik etmə icazəsi.

ĞMətnin tərcüməsiğ

Bismillahir-rəhmanir-rəhim

Şükr olsun aləmlərin Rəbbinə! Salam olsun Məhəmməd (s) və onun pak əhli-beytinə(ə)! Həzrət Ayətullah hacı Seyid Sadiq Şirazinin böyük ictihad dərəcəsinə nail olmasını və bu məsuliyyət üçün zəruri olan təqva və ədalətə malik olmasını diqqətinizə çatdırıram. Həmçinin onu fətva vermək,təqlid olunmaq üçün səlahiyyət sahibi olduğunu və ədaltli bir fəqihin malik ola biləcəyi səlahiyətlərə malik ola biləcəyini diqqətinizə çatdırıram.Beləcə bütün məsələlərdə Adil bir Müctehidin icazəsi ilə ondan təqlid olunmasına icazə verilir.Onun hər bir işdə nicat yolu olan ehtiyata və təqvaya uyğun davranmasını tovsiyə edir və mömin qardaşlara, qarşıya çıxan hər hansı bir problemin həlli yolunda bəhrələnmələrini tapşırıram.

 

 

 İmdada yetən yalnız Allahdır!
Məhəmməd Şirazi
Həzrət  Ayətullah əl-Üzma Hacı Seyid Sadiq Huseyni Şirazinin şəri məsələlərin təqlidində mərhum qardaşı Həzrət Ayətullah əl-Üzma Hacı Seyid Məhəmməd Huseyni Şiraziyə verdiyi icazə.

ĞMətnin tərcüməsiğ

Bismillahir-rəhmanir-rəhim

Həzrət Ayətullah əl-üzma Hacı Sadiq Şirazi, salam!

Dünyasını dəyişmiş Müctehidə təqlid etməkdə davam etmək haqqında qardaşın Həzrət Ayətullah əl-Üzma Seyid Məhəmməd Huseyni Şiraziyə təqlid edənlərin vəzifəsi ilə bağlı fikrinizi bildirin.

Təşəkkürlə,mərhum müctehidin təqlidçiləri.

1422-ci il, 3 Şəvval

Bismillahir-rəhmanir-rəhim

Ona təqlidinizi davam etdirə bilərsiniz və bu düzgün hesab olunur.

Sadiq Huseyni Şirazi